Çində 2023-cü ildə yeni nikahlar 9 ildən sonra artıb


Çində 2023-cü ildə yeni evliliklərin sayı 2013-cü ildən bəri ilk dəfə olaraq artıb.



Vətəndaşlıq İşləri Nazirliyinin məlumatına görə, ötən il ölkədə 7 milyon 680 min cüt nikah bağladığı halda, yeni evlənənlərin sayında 2022-ci ilə nisbətən 845 min artım olub.

Çində yeni evliliklərin sayı 2013-cü ildə 13 milyon 470 minlə ən yüksək həddə çatarkən, sonrakı 9 ildə azalmışdı.

Ekspertlər hesab edir ki, artım COVID-19 dövründə təxirə salınan bir çox nikah tədbirlərinin 2023-cü ildə bağlanması ilə əlaqədardır və bu, ümumi azalma tendensiyasının dəyişdiyini göstərmir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu