"Uber" Avstraliyada taksi sürücülərinə 178 milyon dollar ödəyəcək
"ABC News"un məlumatına görə, ölkədə taksi və şəxsi avtomobil sürücüsü kimi çalışan 8 mindən çox insanı təmsil edən vəkillər 2019-cu ildə "Uber"ə qarşı açılan iddia ilə bağlı açıqlama verib.
"Uber"in ölkə bazarına girməsindən sonra taksi sürücülərinin və şəxsi avtomobil sürücülərinin iqtisadi itkilərə məruz qaldığını bildirən hüquqşünaslar şirkətin uzun müddət bu itkiləri ödəməkdən boyun qaçırdığını, lakin nəhayət kompromis əldə edildiyini bildiriblər.
"Uber" təzminat olaraq təxminən 178 milyon dollar ödəməyə razı olub.
Razılaşdırılmış məbləğin ödənilməsi üçün Ali Məhkəmənin təsdiqi tələb olunur.
Qeyd edək ki, 2019-cu ildə "Uber"ə qarşı "qanunsuz fəaliyyət göstərmə" və "haqsız rəqabət" iddiası ilə iddia qaldırılıb.