Taksi sürücüləri "Uber"ə qarşı iddia qaldırdı


İngiltərədə 11 minə yaxın taksi sürücüsünün 2012-2018-ci illər arasında Londonda taksi rezervasiya qaydalarını pozduğu səbəbilə "Uber"ə qarşı iddia qaldırdığı bildirilib.



İngiltərə mətbuatında yer alan xəbərə görə, "Uber"in 2012-ci ilin may 2018-ci ilin mart ayları arasında paytaxt Londondakı fəaliyyəti ilə bağlı bu gün Ali Məhkəmədə işə baxılacaq.

Təxminən 11,000 taksi sürücüsü iddia edir ki, "Uber" ictimai nəqliyyat sisteminin operatoru "Transport for London"u taksi sifarişi sistemini necə işlətdiyi barədə yanlış məlumatlandırıb və buna görə də şəxsi icarəyə lisenziyalaşdırma qaydalarını pozub.

"RGL Management" hüquq şirkəti sürücülərin iddiasının ən az 250 milyon funt sterlinq dəyərində olduğu və hər taksi sürücüsünün təxminən 25 min funt sterlinq alacağı məlumatını paylaşyıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu