Haitidə dəstələr arasında qarşıdurmada 10 nəfər öldü


Haitidə dəstələr arasında baş verən qarşıdurmada 10 nəfər ölüb.



Yerli KİV-in məlumatına görə, paytaxt Port-o-Prensin cənubundakı Petionville məhəlləsində iki dəstə arasında münaqişə baş verib.

Hadisədə hər iki tərəfdən 10 dəstə üzvü ölüb.

Haiti polisinin sözçüsü tərəfindən verilən açıqlamada, təhlükəsizlik qüvvələrinin hadisə ilə heç bir əlaqəsinin olmadığı bildirilib.

Digər tərəfdən Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) məlumatlarına görə, 8-14 mart tarixləri arasında paytaxtda 16 min 947 insan şəbəkələrin törətdiyi zorakılıqlar səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu