Emin Tümen konsertini təxirə saldı


Moskvada "Crocus City Hall"da baş verən terror aktından sonra Tümendə bir sıra konsertlər ləğv edilib.


Qaynarinfo xəbər verir ki, bu barədə kp.ru yazıb.

Azərbaycanın Xalq artisti, "Crocus City Hall"ın sahibi Araz Ağalarovun oğlu Emin Ağalarovun da Tümen konserti ləğv edilib. Alınmış biletlər geri qaytarılmayacaq, onlar yeni tarix üçün etibarlı olacaq.

Qeyd edək ki, martın 22-də axşam saatlarında Krasnoqorskdakı "Crocus City Hall" konsert zalında terror aktı baş verib. "Piknik" qrupunun çıxışından əvvəl silahlı şəxslər zala soxularaq tamaşaçılara atəş açıblar. Bundan sonra silsilə partlayış səsləri eşidilib və yanğın başlayıb. Nəticədə 140-a yaxın insan ölüb, çox sayda yaralı var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu