Yaponiyada satılan qida əlavəsi 26 nəfəri xəstəxanalıq etdi
Yaponiyada qırmızı düyü mayasından hazırlanan və pis xolesterini azaltdığını iddia edilən qida əlavələrindən istifadə edən 26 nəfər xəstəxanaya yerləşdirilib. Yan təsirləri göstərən əlavələrin bazardan çıxarılacağı açıqlanıb.
Yaponiyada fəaliyyət göstərən özəl bir şirkətin qırmızı düyü mayası istifadə edərək istehsal etdiyi və pis xolesterolu saldığı iddia edilən qida əlavələri 26 nəfərin xəstəxanaya yerləşdirilməsinə səbəb olub.
Şirkətdən verilən açıqlamada bildirilib ki, ötən həftə böyrək çatışmazlığı da daxil olmaqla müxtəlif şikayətlərlə xəstəxanaya yerləşdirilən 6 nəfərdən əlavə, dünən məhsullardan istifadə edən 20 nəfər də xəstəxanaya yerləşdirilib.
Baş vermiş hadisədən sonra şirkətin 300 min paket "Beni Koji Choleste Help" adlı məhsul da daxil olmaqla 5 fərqli əlavəni bazardan geri çağırmağa başladığı qeyd edilib.
Şirkət müştərilərini məhsuldan istifadəni dayandırmağa çağırıb.
İstehsal prosesində istifadə edilən qəliblərdən əldə edilən naməlum komponentin yan təsirlərə səbəb olması ehtimalı nəzərdən keçirilərkən, mövzu ilə bağlı ətraflı araşdırma başladılıb.