1 ay tam yuxu yatanlar özlərini 6 yaş cavan hiss edirlər - Araşdırma


Alimlər müəyyən ediblər ki, 1 ay ərzində tam yuxu yatan insanlar özlərini yaşlarından təxminən 6 yaş cavan hiss edirlər.



CNN-in məlumatına görə, İsveçdəki Karolinska İnstitutunun tədqiqatçıları kifayət qədər yuxu yatamaq və qəbul edilən yaşla yuxusuzluq arasındakı əlaqəni araşdırıblar.

Tədqiqat çərçivəsində 18-70 yaş arası 429 nəfərlə aparılan ilk araşdırmada insanlardan son bir ayda neçə gecə kifayət qədər yuxu yatmadıqları və doymadığı günlərdə özlərini neçə yaş hiss etdikləri soruşulub.

Əldə edilən məlumatlar psixoloji tədqiqatda istifadə olunan standart şkala uyğun olaraq qiymətləndirilib.

İlk araşdırma nəticəsində elm adamları insanların tam yuxu yatmadıqları hər gün üçün 3 ay qocaldıqlarını, son bir ayda tam yuxu yatanların isə özlərini təxminən 6 yaş cavan hiss etdiklərini bildiriblər.

İkinci araşdırmada 18-46 yaş arası 186 könüllü iki gün dalbadal 4 saat yatdıqda nə qədər yaşlı hiss etdikləri araşdırılıb.

Müayinələr nəticəsində iki gün dalbadal cəmi 4 saat yatan könüllülərin özlərini təxminən 4,5 yaş daha yaşlı hiss etdikləri müəyyən edilib.

Tədqiqatçılar səhər oyaq olmağı sevənlər olaraq təyin olunan "səhər bayquşları" ilə gecə oyaq olmağı sevən "gecə bayquşlarının" yuxu itkisinə reaksiyalarının da fərqli olduğunu müşahidə ediblər.

Məlum olub ki, səhər insanlar az yatdıqda gecələrdən daha yaşlı, 9 saat yatdıqda isə gənc hiss edirlər.

İsveçdəki Karolinska İnstitutunda psixoneuroimmunologiya (PNI) sahəsində çalışan həkim Leonie Balter yuxunun qocaların hisslərinə böyük təsir etdiyini ifadə edib.

Balter araşdırmanın əhəmiyyətinə diqqət çəkərək, insanların özlərini daha gənc hiss etdirmələri təmin olunarsa, sosial və fiziki cəhətdən aktiv olacaqlarını və yeni təcrübələr yaşamaq üçün daha istəkli olacaqlarını ifadə edib.

Araşdırma məqaləsi “Proceedings of the Royal Society B” jurnalında dərc olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu