Nəhəng anakonda və onu təqib edən ilanlar - VİDEO


Braziliyada bir qrup tələbə meşədə gəzinti zamanı nəhəng anakonda və digər ilanların onun ardınca getdiyini lentə alıb.



Qeyri-adi vəhşi təbiət təcrübəsi keçirən tələbələr 6 metr uzunluğundakı anakondanın ardınca daha kiçik ilanların gəldiyini müşahidə ediblər. İlanların onun balaları, yoxsa onunla cütləşmək istəyən erkəklər olduğu bilinmir.

Sosial mediada paylaşılan görüntülərdə nəhəng anakondanın əzəməti diqqət çəkib.

Anakondaların öz övladlarına valideyn qayğısı göstərib-götürməməsi elmi cəhətdən aydın deyil. Ancaq məlumdur ki, ümumiyyətlə erkəklərdən daha böyük olan dişi anakondalar tabeliyində olanların onları izləməsinə imkan verən bir hormon ifraz edirlər.

Anakondalar heyranedici görünüşlərinin əksinə olaraq zəhərli deyillər və ovlarını boğaraq təsirsiz hala gətirirlər. Təbii yaşayış yeri Cənubi Amerikanın tropik yaşayış yeri olan bu sürünənlər ümumiyyətlə bataqlıq ərazilərdə görünsələr də, ağaclara dırmaşma qabiliyyəti ilə də diqqət çəkirlər.

Mənbə: Haber Global



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu