Yük maşını təyyarəyə çırpıldı - Reys ləğv edildi (FOTO)


Dünən Moskvanın Domodedovo hava limanında yük maşını dayanmış Emirates Airbus A380 təyyarəsinə çırpılıb və təyyarəyə ciddi ziyan dəyib.


Qəzaya yük maşınının sürücüsünün qəfil insult keçirməsi nəticəsində idarəetməni itirməsi səbəb olub. Sürücü dərhal xəstəxanaya yerləşdirilib.

Qeyd edilib ki, sərnişinlər arasında xəsarət alan olmayıb.

Emiratesdən verilən açıqlamada EK134 reysinin ləğv edildiyi və sərnişinlərin başqa təyyarəyə köçürüldüyü bildirilib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu