Argentinada prezident sarayına pala ilə girməyə cəhd edən şəxs saxlanılıb


Argentina polisi əlində pala prezident sarayına soxulmağa hazırlaşan kişini saxlayıb.


Bu barədə ölkənin təhlükəsizlik naziri Patrisiya Bullriç məlumat verib.

“O, pala və digər iti əşyalarla Casa Rosada (prezident sarayı) yaxınlaşıb. Federal polis məmuru Janina Violante hücumçunun bel çantasında palanın qulpunu görərək ona müdaxilə edib və dayandırıb”, – deyə Bullriç özünün X (keçmiş Twitter) səhifəsində yazıb.

Saxlanan şəxs "o tanrıdır və prezidenti öldürmək niyyətindədir" - deyə qışqırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu