Tokioda ticarət mərkəzində qızıldan hazırlanmış çay qabı oğurlanıb


Yaponiyanın paytaxtı Tokioda təxminən 10 milyon yen dəyərində xalis qızıldan hazırlanmış çay qabının oğurlandığı bildirilir.



NHK dövlət televiziyasının xəbərinə görə, Tokionun Nihombaşı rayonunda yerləşən məşhur Takashimaya ticarət mərkəzində oğurluq hadisəsi baş verib.

Binanın 8-ci mərtəbəsində promo məhsulların nümayiş olunduğu vitrindən 10 milyon yen dəyərində təmiz qızıldan hazırlanmış çay qabı oğurlanıb.

Təhlükəsizlik kamerasının görüntülərindən müəyyən edilib ki, 20-30 yaşlarında olan şəxs əvvəlcədən kilidlənməmiş vitrindən qabı götürərək bel çantasına qoyub.

Xəbərin ardından hadisə yerinə sövq edilən polis qrupları şübhəlinin günəş eynəyi, boz rəngli köynək və qara şalvarda olduğunu müəyyən edib.

Promo məhsullar üçün keçirilən tədbirdə mühafizəçilər olsa da, hadisədən sonra ilk 20 dəqiqə ərzində oğurluğun üzə çıxarılmasının mümkün olmadığı bildirilib.

Şübhəlinin axtarışları davam edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu