Hindistan öz vətəndaşlarına İran və İsrailə səyahət etməməyi tövsiyə edir
Hindistanın Xarici İşlər Nazirliyi öz vətəndaşlarına növbəti xəbərdarlığa qədər İran və İsrailə səfər etməməyi tövsiyə edib.
Nazirlikdən səyahət xəbərdarlığı ilə bağlı yazılı açıqlama verilib.
Bölgədəki vəziyyətə diqqət çəkilən bəyanatda Hindistan vətəndaşlarına növbəti xəbərdarlığa qədər İran və İsrailə səfər etməmələri tövsiyə edilib.
Açıqlamada bu ölkələrdə yaşayan hindlilərdən səfirliklərlə əlaqə saxlamaları istənilib və bölgədəki vətəndaşlara təhlükəsizlik tədbirləri görmələri və ölkə daxilində hərəkətlərini məhdudlaşdırmaları tövsiyə edilib.