İsrail vətəndaşlarına Azərbaycana səyahət etməməyi tövsiyyə etdi
İsrail Milli Təhlükəsizlik İdarəsi hər il olduğu kimi bu il də Tişey bayramı ərəfəsində israillilər və xaricdə yaşayan yəhudilərə terror təhlükəsi ilə əlaqədar səyahət xəbərdarlığı edib.
Qaynarinfo xəbər verir ki, bu barədə idarənin rəsmi saytın məlumat dərc edilib. Yəhudilər və İsrail vətəndaşlarına 4 kateqoriya üzrə xəbərdarlıq ünvanlanıb.
4. Potensial təhlükə
3. Əsas təhlükə
2. Yüksək təhlükə səviyyəsi
1. Çox yüksək təhlükə səviyyəsi
Azərbaycan 4-cü kateqoriyada yer alıb. İsrail vətəndaşları və digər ölkələrdə yaşayan yəhudilərə vacib olmadığı təqdirdə Azərbaycana səyahət etməməyi tövsiyyə edib.
Qeyd edək ki, İran və Çeçenistan ilk kateqoriyada, Türkiyə isə 2-ci təhlükə kateqoriyasında qərarlaşıb.