ABŞ-dən vətəndaşlarına səyahət xəbərdarlığı


ABŞ gərginliyin artması ilə əlaqədar xaricdəki vətəndaşlarına xəbərdarlıq edib.



AFN.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin internet saytında dünyanın müxtəlif yerlərində artan gərginlik və ABŞ vətəndaşlarına və maraqlarına qarşı terror hücumları, nümayişlər və ya zorakılıq aktları potensialı barədə xəbərdarlıq edilib.

Açıqlamada ABŞ vətəndaşlarından daha diqqətli olmaları istənilib və turistlərin cəmləşdiyi ərazilərdə ayıq-sayıq olmaları, xaricdə fövqəladə vəziyyətdə yerlərini tapmağı asanlaşdırmaq üçün Ağıllı Səyahət Qeydiyyat Proqramına qeydiyyatdan keçmələri tövsiyə edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu