UNRWA-nın İspaniya direktoru: İsrail Rəfahı işğal edərsə, daha böyük qırğın olacaq


İsrail Rəfahın işğalı üçün hücuma keçərsə, Qəzzada olandan çox daha böyük qırğın olacaq.


AFN.az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) İspaniya direktoru Raquel Marti bildirib. Marti ən böyük narahatlığının İsrailin Rəfah üçün təhdidləri olduğunu deyib.

"Əgər İsrail Rəfahı işğal etsə, indikindən daha böyük qırğın olacaq”direktor Rəfahdakı çadırlarda həyatın qeyri-sağlam şəraitdə davam etdiyini, hazırda İsrailin suyu kəsməsi səbəbilə çirkli sudan istifadə edilməsi nəticəsində 300 mindən çox insanın müxtəlif sağlamlıq problemlərindən əziyyət çəkdiyini qeyd edib.

"Hazırda hər hansı bir atəşkəs nəzərdə tutulmayıb və Qəzza tamamilə humanitar yardımdan asılıdır. Belə böyük dağıntı heç vaxt görülməyib. Həm Ümumdünya Səhiyyə Təşkilatı, həm də Sərhədsiz Həkimlər xəstəxanalardakı ölümlərin, xüsusilə də uşaqların daha çox dərman çatışmazlığından və aclıqdan həyatlarını itirməsi hallarının artdığına diqqət çəkirlər. UNRWA-nın bölgədəki təsislərində əksəriyyəti qadın və uşaqlardan ibarət təxminən 1 milyon insana ev sahibliyi edir. Dünyada ən çox uşaq qurbanı olan bir müharibə ilə qarşı-qarşıyayıq. 14.500 uşaq öldürülüb. Ayrıca bu ana qədər 600-ə yaxın jurnalist və qeyri-hökumət təşkilatı könüllüsü də öldürülüb" - deyə aquel Marti bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu