Aİ Liderlər Zirvəsi işə başlayıb


Avropa İttifaqına üzv 27 ölkənin dövlət və ya hökumət başçılarının iştirakı ilə Belçikanın paytaxtı Brüsseldə keçirilən Aİ Liderlər Sammitinin ikinci gün sessiyası başlayıb.


Sammitin girişində açıqlama verən AB Şurasının sədri Çarlz Mişel “Avropanın daha çox investisiyaya ehtiyacı var” - deyə qeyd edib.

Liderlər arasında müxtəlif proqramlar üçün birgə borclanma ilə bağlı müzakirələr aparıldığına diqqət çəkən Mişel bəzi ölkələrin birgə borclanmanın tərəfdarı, bəzilərinin isə əleyhinə olduğunu bildirib.

Mişel vurğulayıb ki, Aİ daxilində kapital bazarları birliyinin yaradılması və Avropa İnvestisiya Bankının strateji sektorlarda investisiya potensialının artırılması üçün konkret təkliflər masadadır.

"Mən dünyanın qalan hissəsi ilə subsidiya yarışına girməyin tərəfdarı deyiləm" - deyən Mişel bildirib ki, o, mövcud qaydaların hazırlanmasına və enerji birliyinin tamamlanmasına önəm verir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu