Bakıda 2 nəfər dəm qazından zəhərlənərək ölüb
![](/uploads/posts/2024-04/1713450072_meyit.jpg)
Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, aprelin 18-də paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsi ərazində yerləşən evlərdən birində 2 nəfərin dəm qazından zəhərlənərək ölməsi faktı üzrə Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.