ABŞ-ın İsraildəki səfirliyi işçilərinə təhlükəsizliklə bağlı xəbərdarlıq etdi


ABŞ-ın İsraildəki səfirliyi İsrailin İrana qarşı qisas alması xəbərindən sonra işçilərinə və onların ailələrinə təhlükəsizlik xəbərdarlığı edib.



Təhlükəsizlik xəbərdarlığında səfirlik əməkdaşları və onların ailələri üçün Təl-Əviv, Qərbi Qüds və Beer-Şeba şəhərlərindən başqa ərazilərə şəxsi səfərlərinin məhdudlaşdırıldığı bildirilib.

Bəyanatda bu qərarın İsrailin İrana cavab hücumu həyata keçirməsi ilə bağlı yayılan xəbərlərdən sonra son dərəcə ehtiyatlılıqdan alındığı bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu