İsveçrə prezidenti Putinə məktub yazıb


İsveçrə prezidenti Viola Amherd Rusiya prezidenti Vladimir Putinə məktub göndərib.



Bu barədə Blick nəşri yazıb.

KİV-in ölkənin Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, məktub Vladimir Putinin yenidən Rusiya Federasiyasının prezidenti seçilməsindən sonra göndərilib və orada prezidentin yeni səlahiyyət müddətini nəzərə alan bir neçə mövzuya toxunulub.

Departamentin mətbuat katibi Lorenz Frişknext bildirib ki, İsveçrə prezidentinin məktubunda Krokusda terror aktı qurbanlarına və daşqınlardan zərər çəkənlərə başsağlığı verilib.

Eyni zamanda məktub çətin vaxtlarda dialoqa çağırış kimi qiymətləndirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu