Azərbaycan-İordaniya turizm əməkdaşlığı müzakirə edilib


İordaniya Turizm Bürosu tərəfindən təşkil edilmiş bir həftəlik tanışlıq səfərində iştirak etmək üçün hazırda Azərbaycanın bir qrup turizm şirkəti nümayəndələri İordaniya Krallığında işgüzar səfərdədir.


"Zakher" turizm şirkətinin rəhbəri Cəfər Qaranın AFN.az-a verdiyi məlumata görə, səfərin məqsədi ilk ölkə arasında turizm əlaqələrini inkişaf etdirmək, qarşılıqlı turist mübadiləsi və yaxın vaxtlarda açılması planlaşdırılan birbaşa hava əlaqəsinə töhfə verməkdir.
Səfər çərçivəsində İordaniyanın paytaxtı Amman şəhərində Azərbaycanı təmsil edən 5 turizm şirkətinin nümayəndələri ilə İordaniyanın 20 yerli turizm şirkəti təmsilçiləri arasında birgə işgüzar (b2b workshop) görüş təşkil edilib. Görüşdə mümkün əməkdaşlıq imkanları dəyərləndirilib.

FƏXRİYYƏ










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu