Parisdə yanğın nəticəsində 3 nəfər ölüb


Fransanın paytaxtı Parisdə bir binada baş verən yanğında 3 nəfərin öldüyü bildirilib.



Fransanın paytaxtı Parisin 2-ci rayonunda İtalyanlar Bulvarı yaxınlığındakı binada gecə yarısı yanğın baş verib.

Yanğınsöndürənlər binanın 6 və 7-ci mərtəbələrini əhatə edən yanğına müdaxilə edərək söndürüblər.

Səhər saatlarında qruplar yanğının başladığı mənzildə 3 nəfərin cəsədini tapıb. Hadisə nəticəsində bir nəfər yaralanıb.

Yanğının binanın 7-ci mərtəbəsində yerləşən mənzildə qaz sızmasından baş verdiyi bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu