Şimali Makedoniya prezidentinin Makedoniya deməsi böhrana səbəb olub


Şimali Makedoniyanın yeni prezidenti Gordana Siljanovska Davkova 5 il müddətinə bu vəzifəyə seçilib. Ölkənin ilk qadın prezidenti Davkovanın parlamentdə andiçmə mərasimi zamanı ölkənin konstitusiya adından istifadə etməməsi Yunanıstanla böhrana səbəb olub.



Mayın 8-də Şimali Makedoniyada keçirilən prezident seçkilərində qalib gələn Gordana Siljanovska Davkova seçki şəhadətnaməsini Dövlət Seçki Komissiyasından alıb.

Mayın 12-də vəzifəsinin icrasına başlayan Davkova andiçmə mətnində Şimali Makedoniya əvəzinə Makedoniya adından istifadə edərək beynəlxalq böhrana səbəb olub.

Andiçmə mərasiminə qatılan Yunanıstanın Skopye səfiri Sofiya Filippidu baş verənlərə etiraz edərək parlament zalını tərk edib.

Prezidentin bu münasibəti həm də konstitusiyanı ciddi şəkildə pozur.

Yunanıstan Xarici İşlər Nazirliyi də yazılı açıqlama ilə hadisəyə reaksiya verib.

İki ölkə arasında 2018-ci ildə imzalanan və Makedoniyanın adının Şimali Makedoniya Respublikası olaraq dəyişdirilməsi ilə bağlı Prespa sazişi xatırladılıb.

“Prezidentin bu münasibəti qonşu ölkənin beynəlxalq öhdəliklərini özündə əks etdirən Konstitusiyanı, həmçinin Prespa sazişini ciddi şəkildə pozur”, - deyə bildirilib.

Avropa İttifaqının reaksiyası da gecikməyib.

Avropa Komissiyasının sədri Ursula von der Leyen sosial mediadakı paylaşımında “Şimali Makedoniyanın AB-yə üzvlük prosesində uğurlu yolunu davam etdirməsi üçün onun məcburi razılaşmalara tam əməl etməsi çox vacibdir” deyib.

Qeyd edək ki, ana müxalifət partiyasının namizədi kimi seçkiyə qatılan Davkova seçiləcəyi təqdirdə ölkənin yeni adından istifadə etməyəcəyini bəyan etmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu