Ermənistan KTMT-dən çıxacaq


Ermənistanın baş naziri Nikol Paşinyan respublikanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxacağını bəyan edib.


Müxalifətçi deputatın Ermənistanın niyə KTMT-dən narazılığını bildirməsi, lakin təşkilatı tərk etməməsi ilə bağlı şərhinə cavab olaraq Paşinyan deyib ki, bu məsələ həll olunur. "Siz bundan sonra nə olacağını, hansı addımı atacağımızı düşünürsünüz. Elə bilirsiniz ki, bir geri dönəcəyik? Narahat olmayın, biz geri dönməyəcəyik”, - deyə baş nazir vurğulayıb.

Fevralda Paşinyan Ermənistanın KTMT-də iştirakını dondurduğunu bəyan edib. O, təşkilatı Qarabağ probleminin həllində ölkəyə kömək etməməkdə ittiham edib.

Mayın 8-də Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bəyan edib ki, respublika 2024-cü ildə KTMT-nin fəaliyyətinin maliyyələşdirilməsində iştirak etməyəcək.

KTMT-yə Ermənistandan başqa, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu