Assanc Avstraliyada alqışlarla qarşılandı


WikiLeaks-in qurucusu Julian Assanc Avstraliyaya qayıtdıqdan sonra Kanberra hava limanında gurultulu alqışlarla qarşılanıb.


AFN.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bildirilir ki, Assanc ABŞ-ın casusluq qanununu pozmaqda təqsirli olduğunu etiraf etdikdən sonra Avstraliyaya gedib. O, pandusdan çıxdıqdan sonra həyat yoldaşı Stellanı və atasını qucaqlayıb. WikiLeaks-in yaradıcısı daha sonra hüquq qrupu ilə birlikdə hava limanının binasına yollanıb.

İyunun 24-də Assanc Londondakı Belmarş həbsxanasından azad edilib və Böyük Britaniyanı tərk edib. İyunun 25-də o, Şimali Mariana adaları məhkəməsində casusluqda günahını etiraf edib. Nəticədə, ABŞ-ın hərbi cinayətləri ilə bağlı məxfi sənədləri dərc etdiyinə görə jurnalistə qarşı qaldırılan iş Amerika prokurorları ilə razılaşmanın bir hissəsi kimi dayandırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu