London Ali Məhkəməsi Assanc-ın ABŞ-a ekstradisiyası ilə bağlı qərarı təxirə saldı


İngiltərədə həbsdə olan WikiLeaks-in qurucusu Culian Assancın ABŞ-a ekstradisiyası ilə bağlı qərar bir sonrakı tarixə təxirə salınıb.



ABŞ-ın İraq və Əfqanıstanda törətdiyi cinayətlərlə bağlı bir çox məxfi sənədləri dərc edən WikiLeaks saytının qurucusu Culian Assancın saxlanıldığı İngiltərədən ABŞ-a ekstradisiyası ilə bağlı London Ali Məhkəməsində işin ikinci iclası keçirilib.

Assanc səhhətində yaranan problemlərə görə dünən olduğu kimi bu gün də dinləmələrə qatılmayıb. Assanc-ı casusluqda ittiham edən ABŞ-ı təmsil edən vəkillər Assancın ekstradisiyası tələbinin qanunun aliliyinə və dəlillərə əsaslandığını iddia edərkən, Assancın müdafiə qrupu ABŞ-a ekstradisiya işinin siyasi motivli olduğunu və Assancın hədəf alındığını bildirib.

Hakim Viktoriya Sharp iclasdakı ifadəsində Assanjın ABŞ-a ekstradisiyası ilə bağlı qərarın daha sonra veriləcəyini və əlavə məlumat lazım olarsa, müvafiq tərəflərlə əlaqə saxlayacaqlarını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu