Avstraliyanın baş naziri: "Assancın vətəninə qayıtmasının vaxtı çatıb"


Avstraliyanın baş naziri Entoni Albanese bəyan edib ki, İngiltərədə saxlanılan WikiLeaks-in qurucusu Culian Assancın vətəndaşı olduğu Avstraliyaya qayıtmasının vaxtı çatıb.



Albanese, İngiltərə Ali Məhkəməsində dünən ABŞ-a ekstradisiyası ilə bağlı apellyasiya şikayəti verən Assanc haqqında Sidney Radiosuna açıqlama verib.

Mövzu ilə bağlı fikirlərini ABŞ və İngiltərədəki ən yüksək orqanlara çatdırdığını bildirən Albanese, "Mən bunu açıq şəkildə olduğu kimi özəl olaraq da bildirdim. Bəsdir, Culian Assancın evə qayıtma vaxtıdır" ifadələrini işlədib.

Baş nazir Albanese, işin nəticəsinin onun xeyrinə olması üçün bir strategiya müəyyən etmək üçün Assancın hüquq komandası ilə müntəzəm olaraq görüşdüyünü söyləyib.

Albanese hökumət olaraq hər iki ölkə ilə diplomatik kanallar vasitəsilə əlaqə saxladıqlarını və nəticə əldə etməyə çalışdıqlarını vurğulayıb.

Ötən həftə Avstraliya Parlamenti Avstraliya vətəndaşı olan Assancın ölkəsinə qayıtmasına icazə verilməsini tələb edən qətnamə qəbul edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu