Avstraliya Yaponiyanın AUKUS-a qoşulmasına yaşıl işıq yandırmadı


Avstraliyanın Baş naziri Entoni Albanese Yaponiyaya işarə edərək ABŞ və Böyük Britaniya da daxil olmaqla nüvə sualtı texnologiyası sahəsində əməkdaşlığı nəzərdə tutan AUKUS müqaviləsini üç ölkədən kənara çıxarmaq planlarının olmadığını bildirib.



ABŞ, Böyük Britaniya və Avstraliya müdafiə nazirləri AUKUS-un kiber müharibə, süni intellekt və hipersonik silahları əhatə edən "2-ci Ayaq" hissəsində Yaponiya ilə əməkdaşlıq etməyi düşündüklərini açıqladıqdan sonra Albanese mətbuata açıqlama verib.

Xatırladaq ki, ABŞ və Böyük Britaniya arasında texnologiya transferi yolu ilə Avstraliyanın nüvə enerjili sualtı donanmasının yaradılmasını hədəfləyən AUKUS Razılaşması 2021-ci ilin sentyabrında imzalanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu