Avstraliya İtaliya şirkətindən ağıllı dəniz minalarını alacaq


Avstraliya Müdafiə Nazirliyi Almaniyanın müdafiə sənayesi şirkəti "Rheinmetall"ın İtaliyadakı törəməsi olan "RWM Italia" ilə ölkəyə ağıllı dəniz minalarının idxalı və bu minaların istehsalı üçün materialların və texnologiyanın ölkədə tədarükü ilə bağlı razılığa gəlib.


Avstraliya Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, razılaşmaya əsasən, baş ofisi Romada olan şirkətdən ağıllı dəniz minaları alınacaq.

Eyni zamanda, şirkət Avstraliyaya ağıllı dəniz minalarının istehsalı üçün material və təcrübə təqdim edəcək, elektron və müntəzəm texniki xidmət dəstəyi göstərəcək.

Avstraliya hökuməti uzun mənzilli müdafiə qabiliyyətini artırmaq üçün ABŞ-dan 1,3 milyard dollar dəyərində “Tomahavk” qanadlı raketləri alacağını açıqlayıb.

AUKUS müqaviləsi çərçivəsində alınması planlaşdırılan Virciniya sinifli sualtı qayıqlardan" Tomahavk" raketlərinin buraxıla biləcəyi bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu