Avstraliya polisi Melburnda 150 kq kokain saxlayıb


Avstraliya Federal Polisi Melburn dəniz limanında dəyəri 40 milyon dollardan çox olan böyük bir kokain daşınmasının qarşısını alıb.



İdarədən bildiriblər ki, narkotiklər Cənubi Amerikadan gələn yük gəmisinin gövdəsinin alt tərəfində gizlədilib.

Qeyd edilib ki, yükün göndəricisini və onun təyinat yerini müəyyən etməyə kömək edəcək izləmə cihazı aşkar edilərək müsadirə edilib.

Polis həmçinin bildirib ki, narkotik axtarışı üçün Avstraliya sərhədçiləri sualtı pilotsuz aparatdan istifadə etməli olublar. Aparat yükü gəminin gövdəsinə yapışdırılmış vəziyyətdə aşkarlayıb. Polis dalğıcları 61 milyon Avstraliya dollarından çox dəyərində olan 154 kq narkotikdən ibarət dörd paket kokaini saxlancdan çıxarıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu