Avstraliya çimərliklərində 124 kiloqram kokain tapılıb


Avstraliya polisi Milad bayramı zamanı Avstraliya çimərliklərində 124 kiloqram kokain olan bağlamaların tapıldığını açıqlayıb.


"ABC News"un məlumatına görə, hər birində 1 kiloqram kokain olan kərpic formalı 39 bağlama yerli sakinlər tərəfindən Sidney və Nyukasl arasındakı çimərliklərdə aşkar edilib.

Hadisə yerinə gələn polislər məhkəmə-tibbi ekspertizadan keçmək üçün bağlamaları götürüblər.

Polis rəsmiləri qeyd ediblər ki, son bir həftədə çimərliklərdə tapılan kokainin miqdarı 124 kiloqrama çatıb.

Səlahiyyətlilər vətəndaşlardan oxşar bağlamalar gördükləri təqdirdə səlahiyyətlilərə məlumat vermələrini və bağlamaları açmamağı xahiş ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu