Hollandiya gömrükçüləri banan konteynerində böyük kokain partiyası aşkarlayıblar


Hollandiya gömrükçüləri Rotterdam limanında banan olan konteynerdə 3,5 tondan çox kokain aşkar ediblər.


AFN.az-ın xəbərinə görə, bu barədə Hollandiya prokurorluğu məlumat yayıb. "Bazar günündən bazar ertəsinə keçən gecə gömrükçülər banan olan konteynerdə külli miqdarda kokain aşkar ediblər", - eyə məlumatda deyilir.

Qeyd olunur ki, söhbət 3,5 min kq-dan çox kokaindən gedir. Partiyanın qara bazarda qiyməti təxminən 269 milyon avro qiymətləndirilir.

Hollandiya mətbuatının məlumatına görə, bu, Hollandiyada bu il aşkar edilən ən böyük kokain partiyasıdır.

Prokurorların fikrincə, kokain çox güman ki, Ekvadorda bir konteynerə yerləşdirilib. Onun təyinat yeri Zelandda (Hollandiyanın əyalətlərindən biri) şirkət olub, lakin departamentin fikrincə, şirkətin özü çox güman ki, narkotik qaçaqmalçılığı ilə bağlı deyil.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu