İtaliyada Ermənistana gətirilərkən müsadirə edilən 2,7 ton kokainlə bağlı detallar məlum oldu


İtaliyada Ermənistana gətirilən 2,7 ton kokainin müsadirə edilməsilə bağlı yeni məlumatlar var. Belə ki, bir müddət əvvəl İtaliyada maliyyə polisi Ekvadordan Ermənistana göndərilən 2734 kiloqramlıq rekord kokain partiyası aşkar edib. Qadağan olunmuş yük Kalabriyanın cənub bölgəsindəki Gioia Tauro şəhərinin limanında saxlanılıb. Dərmanlar 78 ton banan arasında 12 metrlik bağlamalarda dondurulub.


AFN.az xəbər verir ki, əməliyyatın detalları haqda "Reuters"in məlumat yayıb. Bildirilir ki, müsadirə edilən yükün qara bazarda dəyəri 800 milyon avrodan çoxdur. Yük Ekvadorun Quayakil limanından çıxıb və son təyinat Gürcüstanın Batumi limanından tranzit keçməklə Ermənistan olub.

Ermənistanın factor.am saytı hansı şirkətin Ermənistana ekzotik meyvələr idxal etməyə çalışdığını, qutularında hansı dərmanların aşkar edildiyini öyrənmək istəyi ilə İtaliya Maliyyə Qvardiyasına müraciət edib. İtaliya Maliyyə Qvardiyasının polkovnik-leytenantı Persando Danilo şirkətin adını açıqlaya bilməyəcəyini, bunun istintaq sirri olduğunu bildirib.

“İstintaq davam etdiyi üçün şirkətin adını deyə bilmərəm. Biz sizin milli hakimiyyət orqanlarınızla da əlaqə saxlayırıq. Bircə onu deyə bilərəm ki, bu, şübhəsiz ki, Ermənistan üçün olub, çünki konteynerlərdəki kokainin yerinin tədqiqi onu deməyə əsas verir ki, cinayətkar təşkilatın onu götürə biləcəyi yeganə yer son yerdir. Erməni şirkətinin cinayətdə birbaşa iştirak edib-etmədiyini bilmirik" - deyə Danilo bildirib.

Saxlanılan şübhəlilərin olub-olmaması ilə bağlı suala İtaliya rəsmisi belə cavab verib: "Bəli, şübhəlilər var, amma əlavə məlumat almalıyıq. Bunun necə təşkil olunduğuna dair şübhələrimiz var, lakin bu, məhkəməyə qədərki sirrdir".

Ermənistanın Milli Təhlükəsizlik Xidməti elan edib ki, Ermənistanda fəaliyyət göstərən və meyvə idxal edən şirkət Ekvadorda yerləşən şirkətdən tranzit ölkələrin - Panama, İtaliya və Gürcüstan ərazisindən sifariş etdiyi mallarla yanaşı, Ermənistana narkotik maddə idxal edib. Çəkisi təxminən bir tona yaxın olan (təxminən 250 milyon avro dəyərində) "kokain" tipli narkotik maddə aşkarlanıb və Ermənistan Milli Təhlükəsizlik Xidmətindədir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu