İspaniyada narkotik alverçilərinin cinayət şəbəkəsi ləğv edilib, 9 britaniyalı saxlanılıb


İspaniya Mülki Qvardiyası Britaniya polisi ilə əməkdaşlıq edərək kokain qaçaqmalçılığı ilə məşğul olan cinayətkar şəbəkənin məhv edilməsi əməliyyatı çərçivəsində 9 britaniyalını saxlayıb.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə İspaniya Krallığının hüquq-mühafizə orqanları məlumat yayıb.

"Mülki Qvardiya, Eulalia əməliyyatının bir hissəsi olaraq, Britaniya Milli Cinayət Agentliyi ilə əməkdaşlıq edərək, Cənubi Amerikadan Malaga əyalətinə (İspaniyanın cənubu) və Böyük Britaniyaya külli miqdarda kokain keçirən təşkilatı ləğv edib. Bu şəbəkənin doqquz üzvü saxlanılıb, onların hamısı Britaniya vətəndaşıdır" - deyə məlumatda bildirilir.

Mülki Qvardiyanın məlumatına görə, axtarışlar zamanı 3754 kiloqram kokain, iki dəbdəbəli istirahət qayığı, bir avtomobil və çoxlu sayda mobil telefon götürülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu