Venesuelada təyyarədə 455 kiloqram narkotik maddə ələ keçirilib


Venesuelanın Falcon əyalətində məcburi eniş edən kiçik təyyarədə axtarışlar zamanı 455 kiloqram kokain aşkar edilib.


Daxili İşlər Naziri Remigio Seballos verdiyi açıqlamada Bolivar Milli Silahlı Qüvvələrinin (FANB) kiçik təyyarənin gizli bölməsində 455 kiloqram kokain ələ keçirdiyini bildirib.

Pilotların braziliyalı olduğunu bildirən Ceballos, 2 Braziliya vətəndaşının nəzarətə alındığını və istintaqın davam etdiyini qeyd edib. Ceballos, FANB Aerokosmik Müdafiə Komandanlığının təlimatlara uyğun olaraq hava müdaxiləsi protokollarını yerinə yetirdiyini bildirdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu