"Airbnb" Avstraliyada 15 milyon dollar cərimələnib
Avstraliyada Federal Məhkəmə ABŞ-da yerləşən yaşayış platforması "Airbnb"ni ölkədə qalan müştərilərdən yerli valyuta ilə deyil, ABŞ dolları ilə ödəniş alaraq yanlış yola yönəltdiyi səbəbi ilə 15 milyon Avstraliya dolları cərimələyib.
Hakim Brendan McElwaine platformanın Avstraliya istehlakçı qanunlarını pozduğuna görə cərimələndiyini açıqlayıb.
McElwaine "Airbnb"yə 30 gün ərzində 15 milyon Avstraliya dolları məbləğində cərimə və 400.000 Avstraliya dolları məbləğində təqib xərcləri ödəməyi hökm edib.