Avstraliyanın baş naziri ABŞ və Böyük Britaniyaya təşəkkür etdi


Avstraliyanın baş naziri Entoni Albanese Wikileaks-in yaradıcısı Julian Assancın azad edilməsində göstərdikləri köməyə görə ABŞ və Böyük Britaniyaya təşəkkür edib.


AFN.az-ın məlumatına görə, bu barədə Reuters xəbər verib.

“Baş nazir Albanese Kanberraya azad bir insan kimi enən Assancın azad edilməsində göstərdikləri yardım və dəstəyə görə ABŞ və Böyük Britaniyaya təşəkkür edib” - deyə nəşrin məlumatında deyilir.

Wikileaks-in qurucusu azadlığa buraxılması ilə bağlı razılaşmadan sonra Avstraliyaya gəlib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu