Astarada sel təhlükəsi: Pensərçay məcrasını dəyişdi


Astarada güclü yağışlar nəticəsində Pensərçay məcrasını dəyişib.


APA-nın məlumata görə, ötən gündən başlayaraq, cənub bölgəsində qeyri-sabit hava şəraiti bir sıra fəsadlar törədib.

Astara rayonun Siyəkü kəndi ərazisində Pensərçay çayı 40 metrə qədər məcrasını dəyişib. Pensərçayda suyun səviyyəsinin 5 metrədək qalxdığı bildirilir. Su evlərin həyətlərinə dolub, çay kənarı evlər üçün təhlükəli vəziyyət yaranıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu