Avstraliyada ər-arvad Rusiyaya casusluq edirmiş
Avstraliya hüquq-mühafizə orqanları yerli cütlüyü Rusiyanın xeyrinə casusluq ittihamı ilə saxlayıb.
AFN.az xəbər verir ki, bu barədə ABC məlumat yayıb.
Saxlanılan Kira və İqor Korolevlərin Avstraliya vətəndaşlığı olduğu, lakin Rusiya Federasiyasında doğulduğu, həmçinin Rusiya pasportlarına sahib olduqları vurğulanır. Müstəntiqlərin bildirdiyinə görə, Avstraliya silahlı qüvvələrində informasiya texnologiyaları üzrə mütəxəssis kimi xidmət edən 40 yaşlı qadın öz rəhbərlərinə xəbər vermədən Rusiyaya səfər edib və burada Avstraliya Silahlı Qüvvələri ilə bağlı məlumatları yerli tərəfə ötürmək niyyətində olduğu iddia edilib. 62 yaşlı həyat yoldaşının ona daha çox yönləndirmə məqsədilə elektron məlumat əldə etməyə kömək etdiyi də bildirilir.
Hər iki şəxs artıq ittiham olunduğu Brisben Rayon Məhkəməsində çıxış edib. Ər-arvadın zaminə buraxılmaqdan imtina etdiyi və həbsdə qaldığı vurğulanır.
Eyni zamanda, Avstraliya polisi hələlik hər hansı məlumatın Rusiya tərəfinə ötürüldüyünə dair sübuta malik deyil. Cütlüyü 15 ilə qədər həbs gözləyir.