Gürcüstan-Azərbaycan sərhədində zəlzələ oldu
![](/uploads/posts/2024-07/26309215c8_zelzele2.jpg)
Gürcüstan-Azərbaycan sərhədində 4.8 maqnitudada zəlzələ olub.
Bu barədə AMEA-nın nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar Zaqatala stansiyasından 61 km cənub-qərbdə Gürcüstan ərazisində qeydə alınıb.
Zəlzələ ocağı 5 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar Azərbaycanın sərhəd rayonlarında 4-3 bala qədər hiss olunub.