KİV: Almaniya büdcəsində Ukraynaya hərbi yardım göstərmək üçün yeni pul yoxdur


Almaniya Ukraynaya hərbi yardımı məhdudlaşdırmalıdır, çünki hazırkı büdcə planına görə, hazırda bu məqsəd üçün yeni pul yoxdur.


AFN.az xəbər verir ki, bu barədə “Frankfurter Allgemeine Sonntagszeitung” qəzeti Almaniyanın maliyyə naziri Kristian Lindnerin müdafiə və xarici İşlər nazirliklərinin rəhbərləri Boris Pistorius və Annalena Berboka ünvanladığı məktuba istinadən yazır.

Nəşrin məlumatına görə, buna səbəb Federal Kansler Aparatı və Maliyyə Nazirliyinin sərt qənaət tədbirləri ilə bağlıdır. Artıq təsdiqlənmiş hərbi texnika hələ də Kiyevə çatdırılır, lakin Müdafiə Nazirliyinin əlavə müraciətləri kansler Olaf Şolzun tələbi ilə artıq təsdiqlənməməlidir. Qəzetin qeyd etdiyi kimi, bloklama artıq qüvvəyə minib. Ukrayna üçün vəziyyətin tezliklə daha da pisləşməsi ehtimalı var, çünki planlaşdırılan hərbi dəstəyin 2025-ci ildə təxminən iki dəfə azalacağı və 2027-ci ildə hazırkı səviyyəsinin onda birindən azına düşəcəyi gözlənilir.

Bununla belə, Lindner Ukraynaya ayrılan maliyyənin kəskin azalacağını gözləmir. Gələcəkdə, onun fikrincə, vəsaitlər artıq Almaniyanın federal büdcəsindən deyil, Rusiyanın dondurulmuş aktivlərindən daxil olacaq. İndi, qəzetin vurğuladığı kimi, Almaniya Maliyyə Nazirliyinin rəhbəri bu pulla Ukraynanın hərbi ehtiyaclarının əhəmiyyətli hissəsini ödəyəcəyini gözləyir. Əgər bu uğur qazansa, Berlinin Kiyevi maliyyələşdirməsinə bir müddət daha ehtiyac qalmayacaq. Nəşr qeyd edir ki, bununla belə, G7 ölkələrinin qərarı icra olunmaqdan uzaqdır və hüquqi baxımdan mübahisəlidir.

Almaniya Ukraynaya ABŞ-dan sonra ikinci ən böyük silah tədarükçüsüdür.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu