Keniyada internat məktəbində yanğın: Uşaqlar yatarkən ölüblər
Keniyanın mərkəzində yerləşən internat məktəbində yanğın baş verib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, 10-14 yaşlı uşaqların yataqxanasında baş verən yanğında ən azı 18 şagird ölüb, 27 şagird xəstəxanaya yerləşdirilib.
Keniyanın vitse-prezidenti Riqathi Qaçaqua yanğın zamanı 150-dən çox uşağın yatdığını və təxminən 70 uşağın hələ də itkin düşdüyünü bildirib.
Daxili işlər naziri Kithure Kindiki bəzi uşaqların ətrafdakı evlərə sığındığını, lakin böyük travma yaşadıqlarını bildirib.
Yanğının səbəbi hələ müəyyən edilməyib.
Keniyanın Milli Gender və Bərabərlik Komissiyası yataqxananın həddindən artıq dolu olduğunu və təhlükəsizlik standartlarına cavab vermədiyini bildirib.
Prezident Uilyam Ruto günahkarların məsuliyyətə cəlb ediləcəyini vurğulayıb.
Valideynlər səbirsizliklə məktəbin qarşısında övladlarından xəbər gözləyirlər.