Keniyada daşqınlar: 267 nəfər ölüb, 188 nəfər yaralanıb


Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayı 267-yə yüksəlib.



Keniyanın daxili işlər naziri Kithure Kindiki mətbuata açıqlamasında daşqınlarda həyatını itirənlərin sayının 267-yə yüksəldiyini bildirib.

Seldə 188 nəfərin yaralandığını bildirən Kindiki, 75 nəfərin də itkin düşdüyünü qeyd edib.

Kindiki təxminən 389 min insanın əlverişsiz hava şəraitindən təsirləndiyini və 56 min ailənin evlərini tərk etmək məcburiyyətində qaldığını bildirib.

Digər tərəfdən Keniyada daşqınlar nəticəsində 9 min dekar kənd təsərrüfatı sahəsi zərər görüb, 4 min ferma heyvanı tələf olub.

Hökumət daşqınlardan zərər çəkənlər üçün 167 düşərgə yaradıb.

Qeyd edək ki, Keniya da daxil olmaqla Tanzaniya, Somali, Burundi və Konqo Demokratik Respublikası kimi Şərqi Afrika ölkələri leysan yağışların yaratdığı daşqınlardan mənfi təsirlənir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu