Pegasus oktyabrın 9-dək İraq, İran və İordaniyaya uçuşları dayandırıb
Yaxın Şərqdəki hadisələr və bunun nəticəsində yaranan təhlükəsizlik problemlərinə görə daha əvvəl İraq, İran və İordaniyaya uçuşları ləğv edən "Pegasus" şirkəti bu müddəti oktyabrın 9-na qədər uzatdığını açıqlayıb.
İsrailin Livana hava hücumları və İrana mümkün hücumları Yaxın Şərqdə hava nəqliyyatına mənfi təsir göstərib. Hadisələrdən qaynaqlanan təhlükəsizlik problemləri səbəbindən xarici hava yolları şirkətləri Yaxın Şərqin bir çox ölkəsinə uçuşları dayandırmalı olub. Hava məkanında təhlükəsizlik problemləri ilə əlaqədar "Pegasus" Hava Yolları şirkəti oktyabrın 9-dək İraq, İran və İordaniyaya uçuşları qarşılıqlı olaraq ləğv edib.
Qeyd edək ki, aviaşirkət Livanın paytaxtı Beyruta uçuşları da bir müddət dayandırmışdı.
Mənbə: DHA