İran rəsmisindən "Lufthansa" reyslərininin ləğv edilməsi ilə bağlı açıqlama
Tehran İmam Xomeyni Beynəlxalq Hava Limanının baş direktoru Səid Çələndəri Almaniyanın hava yolu şirkəti "Lufthansa"nın təhlükəsizlik səbəbi ilə İranın paytaxtı Tehrana və Tehrandan planlaşdırılan uçuşları dayandırması ilə bağlı açıqlamaların həqiqəti əks etdirmədiyini bildirib.
Tesnim Xəbər Agentliyinin məlumatına görə, Çələndəri Ramazan bayramında hava limanından təxminən 1000 uçuş həyata keçirildiyini və qeyd edildiyi kimi reyslərin heç birinin ləğv edilmədiyini bildirib.
İran rəsmisi qeyd edib ki, “Lufthansa” aprelin 7-idən etibarən İrana planlı uçuşlar həyata keçirir.
Qeyd edək ki, "Lufthansa" Hava Yollarının sözçüsü aprelin 10-da bildirib ki, Yaxın Şərqdəki mövcud vəziyyətlə əlaqədar şirkət aprelin 11-dək Tehrana və Tehrandan uçuşları dayandırmağa qərar verib.