Lufthansa yerüstü xidmət işçilərinin tətili səbəbindən yüzlərlə uçuşu ləğv etdi


Almaniyanın "Lufthansa" aviaşirkəti yerüstü xidmət işçilərinin tətilə çıxması səbəbindən yüzlərlə reysi təxirə salmalı olub.



"Lufthansa"nın verdiyi açıqlamaya görə, yerüstü xidmət işçiləri maaşlarla bağlı razılığa gələ bilmədiyi üçün fevralın 18-də alınan qərara əsasən, bu gün 27 saatlıq tətilə başlayıblar.

Aviaşirkət də tətilə görə yüzlərlə reysi ləğv edib.

Bu ləğvlər 100 mindən çox sərnişinə təsir etsə də, şirkət Almaniyanın Frankfurt, Münhen, Hamburq, Berlin, Düsseldorf, Köln və Ştutqart hava limanlarında planlaşdırılmış uçuşların yalnız 10-20 faizini yerinə yetirə bilib.

Alman aviadaşıyıcısı həmçinin xəbərdarlıq edib ki, yerüstü xidmət işçilərinin tətili səbəbindən uçuşların ləğvi davam edə bilər və gecikmələr yarana bilər.

"Lufthansa"nın yerüstü xidmət işçilərinin işlərinin dayandırılması sabaha qədər davam edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu