Almaniyada 1300 aviareys təxirə salındı - tətil
Almaniyada hava limanı işçilərinin tətili bir çox reysin təxirə salınmasına səbəb olub.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, Almaniyanın "Lufthansa" aviaşirkəti hava limanı işçilərinin genişmiqyaslı tətili səbəbindən bu gün 1300 reysini ləğv edir. Məlumat daşıyıcının rəsmi saytında yerləşdirilib və izah edilib ki, ləğvlər ilk növbədə daxili reyslərə təsir edəcək.
Ölkədə fəaliyyət göstərən həmkarlar ittifaqları tərəfindən təşkil edilən bir günlük tətildə Münhen və Frankfurt da daxil olmaqla Almaniyanın yeddi ən böyük hava limanının əməkdaşları iştirak edir. Aviasiya sənayesi daha yüksək əmək haqqı tələb edirlər. Terminallarda minlərlə sərnişin gözləmə otaqlarındadır.