Almaniyada tətilə görə 11 hava limanında 1100 aviareys ləğv ediləcək


Almaniyada fevralın 1-də təxminən 200 min sərnişinə təsir edəcək ən azı 1100 reys ləğv ediləcək.



Bu barədə Almaniyanın ADV Hava Limanları Assosiasiyası məlumat yayıb.

“Deutsche Welle” xəbər verir ki, buna səbəb “Ver.di” həmkarlar ittifaqının təşkil etdiyi hava limanının təhlükəsizlik işçilərinin bir günlük xəbərdarlıq tətilidir.

Tətil ölkənin 11 hava limanında keçiriləcək: Frankfurt-Mayn, Hamburq, Berlin, Düsseldorf, Köln, Ştutqart, Bremen, Hannover, Leypsiq, Drezden və Erfurt.

Tətil Münhen və Nürnberq hava limanlarına təsir etməyəcək, lakin yuxarıda qeyd olunan şəhərlərə bütün reyslər ləğv ediləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu