"Lufthansa" Tehrana uçuşları dayandırmaq qərarını aprelin 18-dək uzadıb
Almaniyanın "Lufthansa" aviaşirkəti təhlükəsizlik baxımından İranın paytaxtı Tehrana uçuşları dayandırmaq qərarını aprelin 18-dək uzaddığını açıqlayıb.
"Lufthansa" tərəfindən verilən açıqlamada Yaxın Şərqdəki mövcud vəziyyətə görə diqqətli bir qiymətləndirmə aparıldığı bildirilib.
Açıqlamada qeyd edilib ki, qiymətləndirmədən sonra Tehrana və Tehrandan reyslərin dayandırılmasına qərar verilib və "Sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyi hər zaman ən vacib prioritetdir" ifadəsi işlədilib.
Açıqlamada "Lufthansa"nın yalnız hökumət qiymətləndirmələrinə əsaslanaraq belə bir qərar vermədiyi, əksinə mövcud təhlükəsizlik vəziyyətini qiymətləndirərək müstəqil şəkildə qərar verdiyi vurğulanıb.