Metroda həyəcanlı anlar: Qatar tüstülədi


Bakı metrosunun Əcəmi stansiyasında qatarların hərəkəti 10 dəqiqədən çoxdur ki, dayanıb.


AFN.az xəbər verir ki, bu barədə Musavat.com-a qatarda olan sərnişinlər bildirib.

Onların sözlərinə görə, qatarların qapısı açıq qalıb və 10 dəqiqədən çoxdur ki, hərəkət dayanıb.

"Bakı Metropoliteni"dən məsələ ilə bağlı bildirilib: "Nizami və 28 May stansiyalarında qatar maşinisti tüstüləmə müəyyən edib. Dərhal dispetçer mərkəzinə məlumat verilib. "Bakı Metropiliteni"nin normativ tələblərinə uyğun olaraq dərhal yüksəs gərginlik çıxarılıb və FHN-nin aidiyyəti qurumuna məlumat verilib. Ora yanğınsöndürmə qrupu gəlib. Nizami stansiyası sərnişinlərin girişinə bağlanıb. Tüstülənmənin mənbəyi müəyyən edilib və işıqlanma kabelində dərhal qarşısı alınıb. Hərəkət təhlükəsizliyi və sərnişinlərlə bağlı neqativ hal yaşanmayıb. 25 dəqiqədən sonra qatarların hərəkəti bərpa olunub".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu