Altı gündür axtarılırdı, ilan sancıbmış


Avstraliyanın Qarlı dağlarında 6 gündür itkin düşən qadın gərgin axtarış-xilasetmə əməliyyatı zamanı yaralı vəziyyətdə tapılıb.


Yeni Cənubi Uels (NSW) polisi Lovisa Şobergin bazar günü yerli vaxtla günortadan sonra tapıldığını, ilan sancması, susuzluq və ayaq biləyinin burxulması şübhəsi ilə tibb işçiləri tərəfindən müalicə olunduğunu açıqlayıb. İlkin tibbi yardımdan sonra xəstəxanaya yerləşdirilən Şoberqin vəziyyətinin stabil olduğu bildirilir.

48 yaşlı Şoberq dağlarda yaşayan vəhşi atları sənədləşdirmək üçün Kosciuszko Milli Parkına tez-tez baş çəkən təbiət fotoqrafı kimi tanınır. İcarəyə götürdüyü maşının geri qayıtmadığı və onunla əlaqə saxlamağın mümkün olmadığı bildirildikdən sonra təhlükəsizliyi ilə bağlı narahatlıqlar artıb. Daha sonra onun avtomobili kilidsiz və tərk edilmiş vəziyyətdə tapılıb.

NSW polisi oktyabrın 21-də Şoberqi tapmaq üçün ictimaiyyətdən kömək istəyib və iyləyici itlər, yanğınsöndürənlər, park mühafizəçiləri və infraqırmızı ilə təchiz olunmuş vertolyotdan istifadə edərək kütləvi axtarışa başlayıb. Komandalar Kosciuszko Milli Parkı ətrafındakı ərazini araşdırarkən gecə saatlarında bölgədə temperaturun sıfır dərəcəyə enməsi narahatlıqları daha da artırıb.

Şoberq yerli vaxtla bazar günü Nungar Creek yolunda Kiandrada Milli Parklar və Vəhşi Təbiət Xidmətinin əməkdaşı tərəfindən tapılıb. NSW polisinin köməkçisi Toby Lindsay deyib ki, dörd gün əvvəl onu mis başlı ilan dişləyib.

Mis başlı ilanlar ümumiyyətlə aqressiv olmasalar da, onların güclü neyrotoksini olan zəhəri tibbi müdaxilə olmadan ölümcül ola bilər.

"O, sağ olduğu üçün şanslıdır, həqiqətən çətin vaxtlardan keçib" deyən Supt Lindsay, Şober1in "məqbul vəziyyətdə" olduğunu və "yaşadığı üçün xoşbəxt olduğunu" söyləyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu